Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olundu
Gürcüstan parlamenti Qriqol Liluaşvilini ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi vəzifəsinə təsdiqləyib.
“Report”un yerli bürosu xəbər verir ki, gizli səsvermə zamanı 85 deputat onun namizədliyini dəstəkləyib, 8-i isə əleyhinə səs verib.
Q.Liluaşvili altı il müddətinə DTX-ya rəhbərlik edəcək.
Qeyd edək ki, DTX-nin sabiq rəhbəri Vaxtanq Qomelauri bu ilin sentyabrında daxili işlər naziri təyin olunub.
