Gürcüstan DTX iki azərbaycanlı qadını sorğu-suala çağırıb- Səbəb

Marneuli sakini olan iki qadın – Ərkinaz Quliyeva və Zənurə Talıbova Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

“Report” un yerli bürosu xəbər verir ki, buna onların “Mtavari arxi” telekanalında yayımlanan süjetdə dedikləri səbəb olub.

Qadınlar iddia ediblər ki, digər xəstəlikdən vəfat edən ailə üzvlərinin ölüm səbəbinin koronavirusla bağlı olmasına razılıq üçün onlara 10 min lari pul təklif olunub.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze telekanalın yaydığı süjetə münasibət bildirib. O, səsləndirilən versiyanı yalan adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Növbəti buraxılış imtahanlarının qrafiki elan olunub

Sonrakı məqalə

Qeyri-hökumət təşkilatları haqqında qanuna dəyişiklik edilir