Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni rəhbər təyin olunub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 5-də DTX-nin yeni rəhbəri Anri Oxanaşvilini kollektivə təqdim edib. Hökumət başçısı deyib ki. A.Oxanaşvili bu vəzifənin öhdəsindən layiqincə gələcək. Qeyd edək ki, bu təyinata qədər Anri Oxanaşvili Gürcüstanın ədliyyə naziri işləyirdi.