Gürcüstan Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunu müzakirə edəcək

29-30 avqust tarixlərində Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunun qüvvəsinin dayandırılması məsələsini müzakirə edəcək.

“Qruziya-Online”-a xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib.

O bildirib ki, indiyədə qədər məhkəməyə Gürcüstan prezidenti Salome Zurabişvili də daxil olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxalifət tərəfindən 4 iddia ərizəsi təqdim edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.