Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib

25 Dekabr 2019 - 18:12

Adam Şantadze Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib.

APA-nın yerli bürosunun xəbərinə görə, müfti Beglar Kamaşidzenin 5 illik səlahiyyət müddəti başa çatdığı üçün yeni seçkilər keçirilib.

Səsvermədə Beglar Kamaşidzenin müavini Adam Şantadze Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib.