Gürcüstan proporsional seçki sisteminə keçid edir- Gələn ildən

Gələn il Gürcüstanda parlament seçkiləri proporsional və majoritar sistemlərin tətbiqi ilə keçiriləcək.

Azərtac xəbər verir ki, Gürcüstan parlamentinin noyabrın 14-də keçirilən iclasında proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri üzrə səsvermə olub. Səsvermə zamanı proporsional seçki sisteminə keçid yetərli səs toplamayıb.

Parlamentin sədri Arçil Talakvadze səsvermədən sonra bəyan edib ki, 2020-ci ildə Gürcüstanda parlament seçkiləri 3 faizlik baryer, blokların iştirakı və qarışıq sistem üzrə keçiriləcək.

Səsvermə zamanı yalnız 101 deputat qanun layihəsinin lehinə səs verib. Dəyişikliklərin qəbul olunması üçün isə 113 səs tələb olunur.

Parlament çoxluğunun hazırladığı dəyişikliklərə əsasən, 2020-ci ildə seçkilər proporsional sistem üzrə və sıfır baryeri şəraitində keçiriləcəkdi. Bununla yanaşı, dəyişikliklərlə parlament seçkilərində seçki bloklarının iştirakı mümkün olmayacaqdı. Lakin layihə parlamentdən keçməyib.

Onu da qeyd edək ki, proporsional seçki sisteminə keçid bu ilin iyun ayında Tbilisidə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat Almaniyadakı miqrant həbsləri ilə bağlı açıqlama yaydı:

Sonrakı məqalə

MTRŞ sədri: