Gürcüstan, Ukrayna və Moldova Aİ-yə çağırış etdi:"“Şərq tərəfdaşlığı” ölkələrində münaqişələrin həllində daha fəal olun"

Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri Bratislavada birgə bəyanat imzalayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənəddə Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramı üzv ölkələrdə pozitiv dəyişikliklər üçün imkan kimi dəyərləndirilib. Qeyd olunub ki, bu təşəbbüs tərəfdaşlara onların hər birinin niyyət və maraqlarına uyğun olaraq ittifaq ilə əməkdaşlığı dərinləşdirməyə şərait yaradır.

Gürcüstan, Ukrayna və Moldovanın birgə təşəbbüsü nəqliyyat, energetika və digər inteqrasiya sahələrində “Avropa İttifaqı+üç assosiasiyalı ölkə” dialoq formatının yaradılmasını nəzərdə tutur.

Hər üç ölkə həmçinin assosiasiyalı trioya Aİ-nin işçi qüvvəsi, əmtəə, xidmət və kapitalın azad hərəkəti imkanından tədricən və tam olaraq istifadəyə imkanın verilməsi təşəbbüsü ilə çıxış edib.

Bəyanatda Gürcüstan, Ukrayna və Moldova bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edərək Aİ-ni “Şərq tərəfdaşlığı” regionunda münaqişələrin aradan qaldırılmasında daha fəal iştirak etməyə və işğal altında olan ərazilərdən qanunsuz yerləşdirilmiş silahlı qüvvələrin çıxarılmasına kömək etməyə çağırıb.

Sənəd Aİ-nin yüksək nümayəndəsi Cozef Borelə təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

Sonrakı məqalə

Qızıl payızın göz oxşayan rəngli çələngi –