Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol inşa olunacaq

Yol təmiri
Yol təmiri

Gürcüstanda Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq avtomagistralının Tsnori-Laqodexi hissəsinin inşası ilə bağlı beynəlxalq tender elan olunub.

Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib.

Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq. Layihə iki hissədən – 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsindən və 9,5 kilometrlik Laqodexi dolama yolundan ibarət olacaq.

Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib.

Maraqlanan tərəflər tender təkliflərini bu ilin fevralın 17-dən gec olmayaraq təqdim etməlidirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.