Gürcüstanda dəmir yolu ilə sərnişindaşıma bərpa olunur- İyunun 15-dən

İyunun 15-dən etibarən Gürcüstanda dəmir yolu ilə sərnişinlərin ölkədaxili daşınması bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə hökuməti qərar qəbul edib.

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınması təmin olunacaq.

Səhiyyə Nazirliyinin hazırladığı xüsusi qaydalara əsasən, sərnişinlər səfər müddətində tibbi maska taxmalı və sosial məsafə saxlamalı olacaqlar. Bundan başqa, qatarlara minən şəxslərin hərarəti ölçüləcək. Vaqonlarda əllərin dezinfeksiya edilməsi üçün xüsusi avadanlıqlar artıq quraşdırılıb. Koronavirusa xas simptomları olan sərnişinlərin qatara minməsi qadağan olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DYP:

Sonrakı məqalə

Bakıda qəbiristanlıq yanır