Gürcüstanda dörd məmur rüşvət üstündə saxlanıldı- 9 ilədək həbs cəzası gözləyir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər.

Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər Azərbaycan sərhədindən 300 metr məsafədə yeni aeroport tikir

Sonrakı məqalə

Səhiyyə Nazirliyi: