Gürcüstanda iki müxalifət partiyası deputat mandatlarından imtina edib

Gürcüstanda “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası” partiyalarının liderləri ayrı-ayrılıqda keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə dair elan etdiyi ilkin nəticələri tanımadıqlarını və deputat mandatlarından imtina etdiklərini bildiriblər.

Bu barədə Civil Georgia məlumat yayıb.

Partiya nümayəndələri seçkilərin saxtalaşdırılması üçün bir neçə üsuldan, xüsusilə yoxlama sisteminin manipulyasiyasından, etiketləmə qaydalarının pozulmasından istifadə edildiyini bildiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.