Gürcüstanda inflyasiya artıb- Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb

Gürcüstan Milli Bankı monetar siyasəti yenidən sərtləşdirə bilər.

Bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin bugünkü iclasında söyləyib.

O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək.

Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.

Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.

Cari ilin 6 ayında GEL ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İndoneziyanın səfiri Lənkəran Universitetində olub –

Sonrakı məqalə

Qorbaçov Putinə cavab verdi: