“Gürcüstanda koronavirusla bağlı təşvişə əsas yoxdur”

- Mərkəz rəhbəri
30 Yanvar 2020 - 15:21

“Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, təşvişə əsas yoxdur və ölkədə virusun qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülür.

Mərkəz rəhbəri qeyd edib ki, Batumidə olan iki çinli ziyarətçidə heç bir təhlükəli virus aşkar olunmayıb(report)