Gürcüstanda koronavirusun yayılması təhlükəli həddə çatıb

12 Oktyabr 2020 - 11:20

Gürcüstanda koronavirusun yayılması təhlükəli həddə çatıb.

Son sutkada ölkədə koronavirusa 478 yeni yoluxma faktı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib son sutka ərazində 211 nəfər sağalıb, 6 pasiyent isə pandemiyanın qurbanı olub.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 12 min 272 nəfərə çatıb. Onlardan 6 min 538-i sağalıb, 91 nəfər isə ölüb.

Hazırda Gürcüstanda 5 min 590 nəfər karantində, 836 nəfər isə stasionarda saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün karantin qaydalarını yenidən sərtləşdirmək niyyətindədir.