Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.
“Gürcü Arzusu”nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar müxtəlif şüarlar səsləndirirlər.
Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.
Parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.
Etiraz aksiyası sosial şəbəkələr vasitəsilə təşkil olunub.