Gürcüstanda son sutkada 3 020 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb

15 Noyabr 2020 - 11:52

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 020 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  79 678

nəfərə, ölənlərin sayı isə 703 nəfərə çatıb.

Virusa yoluxanlardan 62 061 nəfərin sağaldığı bildirilir.