Gürcüstanda xüsusi təyinatlılar etiraz aksiyasını dağıdıb –Yaralılar var, polis 28 nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı polis dəstələri Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasına müdaxilə edib.

Azpost.info APA-ya istinadən bildirir ki, Gürcüstan DİN səhər saat 5 radələrində etirazçılara meydanı tərk etmələri üçün 30 dəqiqə vaxt verdiyini açıqlasa da, aksiya davam edib. Nəticədə xüsusi təyinatlı polis qüvvələri hərəkətə keçib, parlament binasının girişlərinə toplanmış etirazçıları ərazidən çıxarıb və çadırları, eləcə də  digər yardımçı vasitələri təmizləyib. Aksiyaçıların dağıdılması zamanı su şırnağından da istifadə edilib.

Aksiyanın dağıdılması  zamanı etirazçılarla polis arasında qarşıdurma yaranıb, 10 nəfərin saxlanıldığı bildirilib. Saxlanılanlar arasında müxalif fəal Akaki Minaşvilinin  də olduğu qeyd edilib.

Nümayişçilər qanunun tələblərini pozmadıqlarını və etiraz aksiyasını bərpa edəcəklərini bildiriblər. Hazırda parlament binası ətrafında sakitlik hökm sürür.

Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyanın dağıdılması zamanı saxlanılanların sayı 28-ə çatıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslər Gürcüstan Cinayət Məcəlləsinin xuliqanlıq və polisə tabe olmamaq maddələri ilə ittiham edilirlər. DİN-in məlumatında qeyd edilib ki, aksiyanın dağıdılması zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Saxlanılanlar arasında olan müxalif fəal Akaki Minaşvililinin sözlərinə görə, o və daha 17 saxlanılan şəxs artıq  sərbəst buraxılıb. Saxlanılan şəxslər etiraz aksiyalarının keçirildiyi Rustaveli prospektinə qayıdıblar.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzda polis zabiti avtomobillə 17 yaşlı oğlanı vurdu

Sonrakı məqalə

Nümayişçilər restoranda xörək yeyən Gürcüstan рrezidentini mühasirəyə aldılar –