Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış olub

- Ölən var
08 Noyabr 2019 - 13:39

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, məntəqəyə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.