Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış olub- Ölən var

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, məntəqəyə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

Sonrakı məqalə

“Ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”