Avropa İttifaqı parlament seçkilərinin ədalətsiz keçiriləcəyi təqdirdə Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirəcək.
Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski deyib.
“Gürcüstan üçün vizasız rejimin müvəqqəti dayandırılması da daxil olmaqla, bütün variantlar masadadır”, – o bildirib.
Qerçinski xatırladıb ki, 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra Aİ ona qarşı yeni sanksiyaları məhz saxta seçkilərə görə tətbiq edib. “Əgər Gürcüstanda seçkilər azad və ədalətli kimi tanınmasa, o zaman Aİ Belarusla bağlı görülən tədbirlərə bənzər tədbirlər görə bilər”, – Qerçinski qeyd edib.
Azpost.info