Gürcüstandakı xarici şirkətlərin neçə faizi Azərbaycan vətəndaşlarınındır?- Statistika

2015-2018-ci illərdə əcnəbi vətəndaşlar Gürcüstanda 32 746 sahibkarlıq subyekti təsis edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında əks olunub.

Son dörd ildə qonşu ölkədə yaradılan şirkətlərin böyük əksəriyyəti İran (31%), Türkiyə (14%) və Rusiya vətəndaşlarının (7%) payına düşüb.

Hesabat dövründə Gürcüstanda xarici vətəndaşların qurduqları şirkətlərin yalnız 5%-i Azərbaycan vətəndaşlarına məxsus olub. Biznes subyektlərinin 6%-ni Hindistan, 5%-ni Ukrayna, 32%-ni isə digər ölkə vətəndaşları təsis ediblər.

Yalnız 2018-ci ildə qonşu ölkədə yaradılan şirkətlərin 7 439-nun təsisçiləri yalnız əcnəbilər, 1 217-sinin isə ən azı bir təsisçisi xarici ölkə vətəndaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur uşaq paltarları brendi “Mothercare” müflis ola bilər

Sonrakı məqalə

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edib