Gürcüstanın 5 universiteti dərsləri dayandırdığını bəyan edib

Avropaya inteqrasiyanın dayandırılmasına etiraz olaraq Gürcüstanın 5 universiteti tədris prosesini dayandırdığını bəyan edib.

Azpost.info bildirir ki,  Gürcüstan Universitetində, Texnologiya və Biznes Universitetində, İctimai Əlaqələr İnstitutunda (GIPA), Sulxan-Saba Orbeliani Universitetində və Qafqaz Universitetində dərslər dayandırılıb.

İliya Universitetinin Elmi Şurası “Gürcüstanın Avropa perspektivindən imtina” ilə bağlı narahatlığını bildirib. Universitetdə təhsilin dayandırılması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Kutaisidə valideynlər Avropaya inteqrasiyanın dayandırılmasına etiraz olaraq övladlarını məktəbə buraxmırlar.

Bundan əlavə, Kutaisi Birinci Dövlət Məktəbinin bir neçə sinfinin valideynləri “Gürcüstanı ruslaşdırmaq cəhdlərinə” etiraz olaraq övladlarını dərsə buraxmayacaqlarını bəyan ediblər. Onların fikrincə, bu aksiya hələlik ehtiyat xarakterlidir.

Noyabrın 29-da gecə saatlarında və səhər tezdən təhlükəsizlik qüvvələri hakimiyyətin Avropaya inteqrasiya ilə bağlı danışıqları 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra toplanan kortəbii mitinqi dağıdıblar.

Əvvəlki məqalə

“Azad Suriya Ordusu” Hələbi tam ələ keçirdi –

Sonrakı məqalə

Tbilisidə polis etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb