“Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”- Çavuşoğlu

“Biz NATO-nu daha da güclü edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

S-400 zenit raket sistemi ətrafında yaranan gərginliyə münasibət bildirən Türkiyə XİN başçısı NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemi ala bilmədiklərini üçün Rusiyaya müraciət etdiklərini qeyd edib: “Bu, seçim deyildi, əksinə zərurət idi. Biz NATO-nu zəiflədəcək hər hansı bir addım atmayacağıq”.

Çavuşoğlu vurğulayıb ki, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkinir: “Ancaq biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaçmazda şadlıq evində ölüm hadisəsi…

Sonrakı məqalə

Qətlə yetirilən Nərminin əmisi: