Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb.
Nərimanov Rayon Məhkəməsindən gununsesi.org-a bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb.
Azpost.info bildirir ki, modern.az məsələni dəqiqləşdirmək üçün hakim Ramin Quliyevlə əlaqə saxlayıb. R.Quliyev saytımıza açıqlamasında mətbuata danışmaq istəmədiyini bildirib:
“Mən çox üzr istəyirəm. Amma indi heç bir mətbuat qurumuna danışmaq, açıqlama vermək, suallarını cavablandırmaq istəmirəm. Xahiş edirəm, imkan verin öz dərdimizi çəkək, dərdimizə çarə tapaq”.