Həbsdə olan Saakaşviliyə yataq döşəyi və televizor verilmir –

Vəkil
07 Oktyabr 2021 - 22:37
“Həbsxanada olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bir həftədir aclıq etməsinə baxmayaraq gümrahdır. Amma onun saxlanma şəraiti müvafiq normalara cavab vermir. Ona televizor və yataq döşəyi verilmir”.
Azpost.info bildirir ki, bu sözləri sabiq prezidentin vəkilləri bildiriblər.
“Mişa gümrahdır. Ölkə rəhbərliyi onun saxlanma şəraitini pisləşdirmək istəyir”-deyə onlar bildiriblər.
Saakaşvili oktyabrın 1-də Gürcüstanda həbs edilib və hazırda Rüstavidəki həbsxanada saxlanılır. Ona qarşı bir neçə cinayət işi açılıb. Eks-prezidenti bankir Sandro Qirqivlianinin qətlinə və deputat Valeri Qelaşvilini döyməyə görə məhkum edilib. Məhkəmə birinci iş üçün 3 il, ikincisinə görə, 6 il azadlıqdan məhrum etmə qərarı verib.
Saakaşvili həmçinin 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılmasında, “İmedi” teleşirkətində törədilən iğtişaşda və dövlət büdcəsini talamaqda ittiham edilir. Bu işlərə hələlik məhkəmlərdə baxılır.