Bir neçə gün öncə Beyləqan rayon Polis Şöbəsinin həbs etdiyi ehtiyatda olan polkovnik Qadir Vəlişov bu gün azadlığa buraxılıb.
Beyləqan rayon Məhkəməsi Qadir Vəlişovun apellyasiya şikayətinə baxaraq, onun azadlığa buraxılması haqda qərar qəbul edib.
Qadir Vəlişov Məhkəmənin ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu təsdiqlədiyini və qaldırılmış cinayət işinə xitam verilməsi haqda qərar qəbul etdiyini bildirib.
Qadir Vəlişov azadlığa buraxılandan sonra hərbi bloger Tofiq Şahmuradovla əlaqə saxlayaraq, ona bu çətin gündə dəstək olan bütün insanlara, media işçilərinə dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, polkovnik Qadir Vəlişov barəsində Beyləqan rayonundakı 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) bu il noyabrın 26-da cinayət işi qaldırılmışdı. Daha sonra onu həbs etmişdilər.
Lakin ictimai rəyin təpkisindən sonra hüquq-müühafizə orqanları onun işinə müdaxilə etdilər.
Qadir Vəlişov “Aprel döyüşləri”nin iştirakçısıdır. O, “Aprel döyüşləri”ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir. (modern.az)