“Pravoslav oliqarx” adlandırılan iş adamı Konstantin Malofeyev və Haaqa Məhkəməsinin Ukraynada cinayətlərdə ittiham etdiyi Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova sentyabrın 8-də evləniblər.
Azpost.info xəbər verir ki, toy mərasiminin “Villa Rotonda” restoranında baş tutub.
Bu, Moskva vilayətinin ən bahalı şadlıq evlərindən biri hesab olunur.
“Baza”nın məlumatına görə, toyda 100-dən çox insan iştirak edib, qonaqlardan bəziləri mərasimə kilsə paltarında gəlib. Mərasimdə Leonid Aqutin, Qriqori Leps, Dima Bilan və Valeriya da çıxış edib. Toy Konstantin Malofeyevə on milyonlarla rubla başa gəlib. Bu pulun təxminən yarısı sənətçi qonorarına gedib.
Malofeyev ötən il həyat yoldaşından boşanıb. Mariya Lvova-Belova isə bundan əvvəl keşiş Pavel Kogelmanovla evil olub və onların həm öz, həm də övladlığa götürülmüş övladları olub.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiyanın Uşaq Hüquqları Müvəkkili ukraynalı yetim uşaqları Rusiyaya aparır. Bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib.
Azpost.info