Həftəsonu baş verən qəzalarda 9 nəfər ölüb

06.12.2021 · 10:00 · Sosial

Daxili İşlər Nazirliyi həftəsonu baş verən qəzaların statistikasını yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.