ABŞ Prezidenti Tramp Tehranın hədələri ilə bağlı KİV-lərdə gedən yazılara münasibətini bildirib.
Azpost.info-nun məlumatına görə, Tramp yazdığı tvitdə İranla bağlı KİV-də yer alan bütün bu məlumatların Konqresin lazımi qərar veməsinə xidmət etdiyini və müzakirə ediləcəyini vurğulayıb: “İran ABŞ-ın hər hansı bir şəxsinə, yaxud hədəfinə zərbə vuracağı təqdirdə Birləşmiş Ştatlar dərhal və tam qüvvə ilə qeyri proporsional cavab zərbəsi endirəcək.
Bunun üçün rəsmi bildiriş tələb olunmur, amma hər halda təqdim olunur”.