“Rusiya Dağlıq Qarabağdakı bütün qüvvələri atəşi dayandırmağa çağırır”.
Azpost.info bildirir ki, bu barədə prezident Putin “Rossiya 1” telekanalındakı “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
Putin deyib ki, münaqişənin iştirakçıları “bizə yad olan adamlar deyil”. “Rusiyada 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. İnsanların ölümü, hər iki tərəfdən olan çoxlu itki böyük faciədir” –deyə Putin vurğulayıb.
“Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə sona çatacaq. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşin dayandırılmasına çağırırıq. Bunu mümkün olduqca tez etmək lazımdır” –deyə Rusiya prezidenti bildirib.
Putin xatırladıb ki, Ermənistan KTMT-nin üzvüdür. Bu blok çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var.
“Hərbi əməliyyatlar Ermənistan ərazisində getmir”-deyə Putin vurğulayıb.