Həssas qrupların sosial hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib –FOTO

Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihənin icrasını davam etdirir.

Təşkilatdan bildirilib ki, 4 ay müddətində Bakıxanov qəsəbəsində həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qrupların (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüqularla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə, hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

Layihə çərçivəsində növbəti tədbir avqustun 9-da Bakıxanov qəsəbəsi, S.Mehmandarov küç, 34 ünvanında təşkil olunub. Dəyirmi masanı layihənin təlimçisi Oktay Qasımov və hüquqşünas Leyli Quliyeva aparıb. İştirakçılara sosial hüquqlarla bağlı məlumat verdikdən 24 nəfər yaşlı, tənha, xəstə və əlilliyi olan iştirakçıya maarifləndirici məsləhətlər verilib (sosial hüquqlar, qanunvericilik, sosial hüquqların pozulduğu halda hara, kimə və necə müraciət etmək olar, “biz təşkilat olaraq sizə necə kömək edə bilərik” və s. mövzularda).

Təlimçi və hüquqşünas tədbir iştirakçılarına sosial hüquqlar haqda geniş məlumat veriblər, onlara sosial hüquqları izah etdilər, hansı halda kimə və necə müraciət etmələri izah edilib. Sonra iştirakçıların suallarına cavab verilib və müraciət edənlərə əməli köməklik göstəriləcəyi qeyd olunub.

Layihənin hüquqşünası Leyli Quliyeva şikayətçiləri dinləyib və onlara müvafiq hüquqi məsləhətlər verib. Tədbirdə mövzu ilə bağlı geniş söhbətlər aparılıb.

Əvvəlki məqalə

Türk Xəbər Agentlikləri Alyansının (ATNA) loqosu təsdiqlənib

Sonrakı məqalə

Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilib