Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda göstərilib ki, Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.