Həbsxana qapıları yenə açılacaq –Novruzda əfv sərəncamı gözlənilir

“Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Təbii ki, bu, cənab Prezidentin konstitusion hüququdur və hüquqdan nə zaman istifadə etməsini özü müəyyən edir”.

Azpost.info -nun məlumatına görə, bunu modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü ötən illərin təcrübəsinə əsasən deyib ki, hər il Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanır: “Ötən il də Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanmışdı. 431 nəfər cəzadan, o cümlədən 409 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdi. Ona görə də, bu ilin martında da ölkə rəhbərinin daha bir humanist addım atacağı istisna edilmir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Məsələləri Komissiyasının katibliyinə, Əfv məsələləri sektoruna, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin əfv sektoruna mütəmadi olaraq, məhkumların özləri, nümayəndələri, vəkilləri, QHT-lər, Milli Məclisin deputatları, Pentensiar Xidmətin strukturları tərəfindən əfv üçün müraciətlər daxil olmaqdadır: “Həmin müraciətlər emal olunur, müvafiq rəylərin alınması prosesi gedir və hər bir məhkumun müraciətilə bağlı ətraflı arayışlar hazırlanır. Eyni zamanda, Komissiya üzvü olaraq, bizə daxil olan müraciətləri də katibliyə yönəldirik. Gələcəkdə komissiyanın sədrinə təqdim olunacaq. Daha sonra sədr tərəfindən bütövlükdə iclasların vaxtı təyin ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elçibəyin oğlu deputatlığa namizəd olacaq? –

Sonrakı məqalə

Nazirlik pensiyalarla bağlı məlumat yaydı