Hərbçilərimiz Xocalının Fərrux kəndi ərazisində insan qalıqları aşkar edib

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.