Haaqada karantinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

Haaqada koronavirus pandemiyasına görə yenidən təcrid rejiminin tətbiqinə qarşı nümayiş olub və polislə nümayişçilər arasında qarşıdırma yaranıb.

AZƏRTAC xəbər verir ki, Haaqanın mərkəzindəki Malieveld parkına toplaşan yüzlərlə insan anti-COVID-19 qaydalarına, xüsusilə də 1,5 metr sosial məsafə qaydasına etiraz nümayişi ediblər.

Bildirilib ki, nümayiş zamanı futbol həvəskarları polisə daş və butulka atıblar. Bu hərəkətlər nümayişçilərlə polis arasında toqquşmaya səbəb olub. Nümayişçiləri dağıtmaq üçün süvari polisindən (atlı polis) və su şırnağından istifadə olunub. Nümayişçilərdən saxlanılanlar var.

Qeyd edək ki, digər Avropa ölkələrindən fərqli olaraq Niderland pandemiyanın əvvəlində daha yüngül təcrid rejimi tətbiq etmişdir. İnsanlar arasında sosial məsafəyə riayət etmək şərti ilə iyunun 1-dən restoranların, kinoteatrların, muzeylərin açılmasına iczə verilmişdi.

Xatırladaq ki, Niderlandda COVID-19 virusuna 49 min 593 insan yoluxub və onlardan 6090-nı dünyasın dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qobustanda qətldə şübhəli bilinən şəxs tutulub

Sonrakı məqalə

Bərbəri qətlə yetirən 16 yaşlı oğlan tutuldu