Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

13 Noyabr 2019 - 15:41

Tanınmış messenant Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

Trend-in məlumatına görə, artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.

İşlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib.