Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

Tanınmış messenant Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.

Trend-in məlumatına görə, artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.

İşlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərgiz Paşayeva:

Sonrakı məqalə

Şəhid ailəsinin bank girovluğunda olan evi geri qaytarılıb