Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarıldı- Prezident sərəncam imzaladı

Baş nazirin iki müavini – Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.

Prezident İlham Əliyev bu gün bununla bağlı iki sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla Əli Həsənov da Baş Nazirin müavini vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.

Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifədən azad oluncaq. Qərar yaxın günlərdə rəsmən açıqlanacaq.

Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir