Gəncənin Hacıkənd qəsəbəsinə yağan güclü qar bir sıra problemlərə yol açıb. Hacıkənddə qar qəzaya səbəb oldu. Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəsəbədə yolun qarla örtülməsi səbəbindən "VAZ 21 07" markalı avtomobil sürüşərək dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hazırda Gəncə-Toğanalı-Kəlbcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Hacıkənddə qar qəzaya səbəb oldu və avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. [video width="384" height="480" mp4="https://azpost.info/wp-content/uploads/2025/12/video_2025-12-28_00-51-10.mp4"][/video] AzPost.az