Hacımurad Qatsalov “Dostluq” ordeni ilə təltif edilib

- SƏRƏNCAM
25 Noyabr 2019 - 15:16

Prezident İlham Əliyev Hacımurad Qatsalovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilsin”.