Hakan Fidan ABŞ-İran danışıqlarının son vəziyyətindən danışıb

Türkiyə London sammitinə
Türkiyə London sammitinə

ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan İran-ABŞ danışıqlarında son vəziyyəti ilə maraqlanıb.

APA-nın məlumatına görə, Türkiyə mediasına müsahibə verən nazir, tərəflərin konkret məsələlər üzrə irəliləyiş siqnalları verdiyini, lakin prosesin hazırda kritik mərhələdə olduğunu bildirib.

Onun sözlərinə görə, bu irəliləyişlərin praktik müstəviyə nə vaxt və necə keçəcəyi, tərəflərin bunu necə qiymətləndirəcəyi və növbəti mərhələdə hansı addımları atacaqları həlledici əhəmiyyət daşıyır:

“Amerikalılarla iranlılar yenidən danışıqlara başlayıblar. Bu, son dərəcə mühüm irəliləyişdir. Bu gün tərəflərdən biri ilə ABŞ-da yenidən görüşdüm və prosesin hansı istiqamətdə getdiyi ilə maraqlandım. Ümumilikdə desək, ümidli olmaq üçün kifayət qədər əsas var.

Digər tərəfdən, bölgədə hərbi aktivliyin artdığını da müşahidə edirik. Bunun davam edən danışıqlara təzyiq məqsədi daşıyıb-daşımadığı və ya əvvəlcədən planlaşdırılmış hərbi əməliyyatın hazırlığı olub-olmadığı məsələsini diqqətlə izləyirik.

Hazırkı təəssüratım budur ki, vasitəçi rolunu oynayan Oman tərəfi ilə, eləcə də ABŞ və İran nümayəndələri ilə aparılan müzakirələrdə tərəflər ilk dəfə konkret məsələlər üzrə irəliləyiş siqnalları verirlər”, – XİN rəhbəri əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.