Fidanla Blinken arasında görüş 2 saat çəkib- Dövlət katibinin Ərdoğanla görüşü başlayıb

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb.

Azpost.info xəbər verir ki, danışıqlar Vahdettin sarayında baş tutub və təxminən iki saat davam edib.

Görüşdən sonra heç bir açıqlama verilməyib.

Fidanla görüşdən sonra Blinkeni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Dövlət katibi İstanbuldan sonra Yunanıstana, oradan isə İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə gedəcək.

Azpost.info

Əvvəlki məqalə

Kadırovun ukraynalı əsirlərlə bağlı təklifi etirazla qarşılandı

Sonrakı məqalə

Dövlət Xidmətindən saxta “Whatsapp” tətbiqləri ilə bağlı