“Revil” haker qrupu məşhur müğənni Madonna haqqında əldə etdikləri özəl məlumatlara 1 milyon dollar qiymət qoyublar.
Azpost.info bildirir ki, bir həftə ərzində Madonna bu pulu ödəsə məlumatlar ona veriləcək. Əks təqdirdə bu məlumatlar auksiona çıxarılacaq. “Alıcı bu informasiyalarla nə istəsə edə bilər”- deyə haker qrupunun bəyanatında deyilir.
Şərqi Avropa yerləşdikləri güman olunan haker qrupu bu məxfi məlumatları tanınmış adamların da müştərisi olduğu hüquq firmasının serverini dağıdaraq əldə ediblər. Onların qurbanları sırasında ABŞ prezidenti Tramp da var. Hakerlər pul vermədiyi təqdirdə Tramp barəsində əllərində olan “maraqlı informasiyaları” internetdə yayacaqları ilə hədələyiblər.
Hakerlər deyiblər ki, bu məlumatlar yayılsa çətin ki, 2020-ci ilin seçkilərində kimsə Trampa səs versin. “Maraqlı adamlar bizimlə əlaqə saxlayıb və ABŞ prezidenti haqqında olan məlumatları almaq istədiklərini bildiriblər. Biz bu sövdələşmədən razıyıq və sözümüzün də üstündə dururuq” –deyə hakerlərin bəyanatında deyilir.