Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hansı hallarda iş qabiliyyətinin itirilməsinə görə müavinət verilmir?

User 15 Mart 2026 - 15:45 (Last updated: 15 Mart 2026 - 13:52)
ISSIZLER

Xəbər verildiyi kimi, Nazirlər Kabineti 30 yanvar 2026-cı il tarixli 31 saylı Qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib. Bununla bağlı əvvəlki məqalələrdə ekspertlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yeni qayda ilə hesablanması və ödənilməsi şərtlərini izah ediblər.

Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova bu dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi halları “vergiler.az”a açıqlayıb.

 

Qaydaya əsasən, sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülən Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə dair məlumatlar əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir.

Qaydanın 2.2-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

– Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdikdə;

– Sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda;

– Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) 6 ay sosial sığorta stajından az olduqda;

– Sığortaolunan törətdiyi cinayət nəticəsində xəsarət aldıqda;

– “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayına münasibətdə məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödəmədikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olduqda və fəaliyyəti müvəqqəti dayandırıldıqda.

Qeyd edək ki, Qaydada əsas dəyişikliklərdən biri muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi, eləcə də hansı hallarda verilməməsi ilə bağlıdır.

Misal 1: Tutaq ki, işçi 1 iyun 2026-cı il tarixdən 15 iyun 2026-cı il tarixədək ödənişsiz məzuniyyətdədir. 10-19 iyun tarix aralığında o, əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda işçiyə 10 iyundan 15 iyunadək ödəniş edilməyəcək, 16-19 iyun (3 təqvim günü) üçün müavinət hesablanacaq.

Yeni dəyişiklikdən biri də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin staja görə 60, 80 faiz miqdarında deyil, stajdan asılı olmayaraq, sığortaolunanlara 100 faiz miqdarında ödənilməsinin təsdiqlənməsidir.

Misal 2: İşçi qəsdən öz sağlamlığına zərər verib. Sağlamlığı üçün müraciət etdiyi xəstəxana bu barədə polis əməkdaşlarına bildirib. Araşdırma nəticəsində məlum olub ki, işçi bilərəkdən öz sağlamlığına zərər verib. Bu halda həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməyəcək.

Misal 3: İşçi əmək qabiliyyətini müvəqqəti olaraq itirib, sığortaedən isə onun son 2 rüb üzrə məcburi dövlət sosial sığorta haqqını ödəməyib. Bu halda da işçiyə müavinət ödənilməyəcək.

AzPost.az

Post navigation

Previous: “Neft alan ölkə neftini Hörmüz boğazından özü keçirməlidir” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.