“Harri Potter” filminin məşhur aktrisası vəfat edib –-FOTO

Məşhur ingilis kino aktrisası Meqqi Smit 89 yaşında vəfat edib. 

Azpost.info bildirir ki, bu barədə BBC radiosu məlumat yayıb.

İki dəfə “Oskar” mükafatçısı olmuş Meqqi Smit “Harri Potter” filmlərindəki obrazı ilə məşhur idi.

O, iki “Oskar”, dörd “Emmi” və “Toni” mükafatını qazanmış azsaylı aktrisalardan idi. İlk “Oskar” mükafatını Lourens Olivyenin 1965-ci ildə çəkdiyi “Otello” filmində Dezdemona roluna görə alıb.

Meqqinin kino karyerası 1950-ci illərdən başlanıb. Lakin 21 əsrin kino tamaşaçıları üçün “Harri Potter” filmindən tanınırdı.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.