Hava limanı-Mərdəkan avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 6 sentyabr saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (yol bağlanmır)

Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.