“Hava limanları bombalanır, yaşayış evləri artilleriya ilə vurulur” –
“Fevralın 24-də saat 5.00-da Rusiyanın silahlı qüvvələri Ukraynanın şərqindəki hərbi hissələrini intensiv atəşə tutublar. Həmçinin Borispol, Ozernıy, Kulabkino, Çuquyev, Kramatorsk, Çernobayevka hava limanlarına raket-bomba zərbələri endirib”.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahnın yaydığı məlumatda deyilir.
Açıqlamada bildirilir ki, Ukrayna ordusunun hərbi obyektlərinə bomba zərbələri endirilib.
“Təcavüzkar dövlət sərhəddi boyu olan yaşayış məskənlərini, ərazilərini arilleriya atəşinə məruz qoyub. Hərbi Hava Qüvələri işğalçının hava zərbələrini dəf edir. Ölkənin müdafiə qüvvələri tam döyüş hazırlığındadır və müdafiə mövqelərini tutublar. Vəziyyət nəzarət altındadır”.
Müdafiə Nazirliyi Odessaya Rusiya desantının çıxarılması barədə xəbəri təkzib edib.
