Hava, quru və dəniz sahələrimizdən İrana qarşı istifadə oluna bilməz –Türkiyə Prezident Administrasiyası

“Türkiyənin hava, quru və dəniz sahələrinin hərbi əməliyyatlarda istifadəsinə icazə verilməyəcək”.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Açıqlamada bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı yayılan iddiaların tamamilə əsassız olduğu və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıdığı qeyd olunub.

“Türkiyə Respublikası tərəfi olmadığı hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə, o cümlədən hava məkanı da daxil olmaqla, hava, quru və dəniz qüvvələrinin heç birini əməliyyat məqsədilə istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasında yer alır.

Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tam və mübahisəsizdir. Suveren ərazilərimizlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyə Respublikasının milli təhlükəsizlik qiymətləndirmələri əsasında və səlahiyyətli qurumların nəzarəti və idarəsi altında həyata keçirilir”, – deyə açıqlamada bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.