Havanın temperaturu 38 dərəcəyə yüksələcək

- PROQNOZ
08 İyun 2020 - 13:17

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-21, gündüz  33-38, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

İyunun 9-10-da Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.