Həbsdə olan məhkumlar üçün ödənişsiz hüquqi təlimlər keçiriləcək

Cari ilin may ayından “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən” Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsinə start verilir.

Cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində məhkumlara professional hüquqşünaslar tərəfindən yazılı hüquqi xidmətlər və şifahi hüquqi məsləhətlər veriləcək, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılacaq. Məhkumlara həmçinin təcrübəli təlimçilər tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılacaq.

Layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılacaq. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı Məhkumların saxlanma şəraiti, Səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, Məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, Təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları  diqqət mərkəzində olmuşdur:

Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.